RU

Türk Mədəniyyəti Fondu Astanadakı VIII Din Qurultayında iştirak edir

Bu gün – sentyabrın 19-daAstanada Dünya və Ənənəvi Din Liderlərinin VIII Qurultayı öz işini davam etdirəcəkdir. Qurultayın işində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova da iştirak edir.

Publika.az xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikin qurultayında iştirakı çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə səfər proqramının genişləndirilməsi planlaşdırılıb.

Səfər proqramı çərçivəsində ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikin Çimkənd şəhərinə və Türküstan vilayətinə də gedəcəyi bildirilir. Burada əsas diqqətin mədəni irs məsələlərinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldiləcəyi qeyd olunur.

Səfər zamanı region rəhbərləri ilə rəsmi görüşlərin keçirilməsi, eləcə də mədəni və tarixi irs abidələrinin ziyarəti nəzərdə tutulur. Aparıcı istiqamətlər sırasında ICESCO ilə əməkdaşlığın dərinləşdirilməsi, Qazaxıstanın mədəni irsinin qorunması və təbliği üzrə təşəbbüslərin inkişafı, həmçinin Çimkənd və Türküstan vilayəti abidələrinin İslam dünyasının mədəni irs siyahısına daxil edilməsiyer tutur.

Избранный
2
2
publika.az

3Источники