Bu ilin yanvar-iyul aylarında Azərbaycana 4 ölkədən dəyəri 59,4 milyon ABŞ dolları olan 70,6 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.
Bu barədə Day.Az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 28,8 min ton və ya 69%, dəyər baxımından isə 18,3 milyon ABŞ dolları və ya 44,5% çoxdur.
Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə - Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton "Aİ-95" markalı benzin ixrac edilib.
Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə "Aİ-95" markalı benzin ixracı qeydə alınmayıb.
2025-ci ilin ilk 7 ayında Azərbaycanın "Aİ-95" markalı benzin aldığı ölkələr:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) |
Belarus | 6964,55 | 5599,67 |
Rusiya | 51705,95 | 43545,97 |
Bolqarıstan | 1400,24 | 1173,08 |
Rumıniya | 10586,51 | 9060,07 |