RU

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 28%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Çin arasındaticarət əməliyyatlarının həcmi 2,9 milyard ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 650,2 milyon ABŞ dolları və ya 28,4% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 9,16%-i həcmində olub. Bununla da Çin hesabatdövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığıölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Çinə 60,1 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 46,8 milyon ABŞ dolları və ya 4,5 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana təqribən 2,9milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki,bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 603,4 milyon ABŞdolları və ya 26,5% artım deməkdir. Bununla da hesabat dövründə ÇinAzərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında birincipillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanxarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123milyard ABŞ dolları və ya 3,6% çoxdur.

Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın,15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4%azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.

Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları vəya 2,7 dəfə azdır.

Избранный
65
2
az.trend.az

10Источники