Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.
FED.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, beynəlxalq forum 19–21 sentyabr tarixlərində Bakıda baş tutacaq. (Apa)