RU

Avrasiya Universitetləri Sammitində hansı məsələlər müzakirə ediləcək?

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan ali təhsil sistemi mötəbər beynəlxalq tədbirə hazırlaşır.

“Qafqazinfo” “Azərbaycan Müəllimi”nə istinadən xəbər verir ki, Böyük Britaniyanın “Times Higer Education” reytinq şirkəti, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində Bakıda keçiriləcək “Avrasiya Universitetlər Sammiti”nə ("THE Eurasia Universities Summit") sayılı günlər qalır.

Bakının ev sahibliyi edəcəyi mötəbər ali təhsil sammitində dünyanın müxtəlif ölkələrindən çox sayda universitet nümayəndələri, elm və ali təhsil qurumlarının rəhbərləri, ekspertlər, dünyada tanınan mütəxəssislər iştirak edəcəklər. 

Tədbir ərəfəsində THE-nin qlobal məsələlər üzrə direktoru Fil Bati tədbirin gündəliyi və ali təhsil sahəsində bir sıra mövcud çağırışlara toxunub.

“Mövzusu “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” adlnan saamitdə əsasən universitet tədqiqatlarının və yeni biliklərin real, praktik həllərə necə çevrilə biləcəyini araşdıracağıq, bu isə sosial və iqtisadi təsiri təmin etmək və dünyanın böyük problemlərinin həllinə töhfə vermək məqsədi daşıyır. Bu, hazırda dünya ali təhsilində ən aktual mövzulardan biridir. Ona görə də Azərbaycanın bu mövzuda beynəlxalq müzakirəyə rəhbərlik etməsini görmək çox xoşdur. 

Sammitdə ümumi mövzu çərçivəsində bir neçə konkret müzakirə istiqaməti də olacaq. Xüsusilə universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda necə kömək edə biləcəyinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda Qafqaz və Mərkəzi Asiya regionuna təhsildə innovasiyaların və artan tədqiqat gücünün yeni qlobal mərkəzi kimi xüsusi diqqət ayrılacaq. 

Sammit ali təhsil müəssisələrinin rəhbərlərinin, Avropanın, Asiyanın və digər ölkələrin hökumət və sənaye nümayəndələrinin - ali təhsilin və elmi-tədqiqatların gələcəyini formalaşdırmağa kömək edən yüzlərlə aparıcı liderlərin cəmiyyətə maksimum təsir göstərməsi üçün toplanacağı böyük beynəlxalq tədbir olacaq. Onun təsiri yalnız keçirildiyi məkanda deyil, bütün dünyada hiss olunacaq, çünki yüzlərlə nümayəndə yeni fikir və yanaşmalarla öz kampuslarına qayıdacaq və “Times Higher Education” isə sammitdəki mesajları özünün qlobal platformalarında yayacaq”, - Fil Bati bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
qafqazinfo.az

1Источники