RU

Slovakiya Baş Prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO)

Bakı. Trend:

Slovakiya Respublikasının Baş Prokuroru Maroş Jilinkanınrəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Trend xəbərvcerir ki, bu barədə Baş prokurorluq məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da nümayəndə heyəti Fəxri xiyabandaxalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı vəqurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarıönünə əklil qoyub. Eyni zamanda, Şəhidlər xiyabanı ziyarət olunub,Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fədaetmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklərdüzülüb.

Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru KamranƏliyev Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşkeçirib.

Baş prokuror görüşdə Azərbaycan və Slovakiya arasında yüksəksəviyyəli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşımasını,dövlət başçılarının ölkələrimizi və xalqlarımızı birləşdirəndostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin əhəmiyyətini,Slovakiya şirkətlərinin Qarabağda bərpa işlərinə verdiyi töhfələri,eləcə də ticarət, texnologiya və sənaye sahələrində əməkdaşlığıngenişlənməsi fonunda prokurorluq orqanları arasında da peşəkarəlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Bundan başqa görüşdə Azərbaycanda həyata keçirilən hüquqislahatları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətindəoperativlik və hesabatlılığın artırılması məqsədilə tətbiq olunanElektron Prokurorluq İnformasiya Sistemi (EPIS) barədə məlumatverilib.

Tərəflər həmçinin Azərbaycan Prokurorluğunun beynəlxalq vəregional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq vəhüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunaraqhüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi,ekstradisiya və hüquqi yardım sahəsində əməkdaşlığıngenişləndirilməsi məsələlərini müzakirə ediblər.

Slovakiya Respublikasının Baş Prokuroru Maroş Jilinka çıxışındaAzərbaycanda həyata keçirilən hüquqi islahatların beynəlxalq hüquqvə ədalət prinsiplərinə uyğunluğunun mühüm əhəmiyyət kəsb etməsinivurğulayaraq ölkəmizin hüquq sisteminin inkişafı istiqamətindəatdığı addımların təqdirəlayiq olduğunu qeyd edib.

Görüşdə, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsindəbeynəlxalq əməkdaşlığın gücləndirilməsi, cinayətkarlığa qarşımübarizədə bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq hüquqnormalarına uyğun fəaliyyətin daha da inkişaf etdirilməsiməsələləri də diqqət mərkəzində olub.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə SlovakiyaRespublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumuimzalanıb.

Qonaqlar, həmçinin, Baş Prokurorluğun Tarix muzeyi ilə tanışolub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədəətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Slovakiya
Slovakiya
Slovakiya
Slovakiya
Slovakiya
Məqalədə:
Избранный
14
21
az.trend.az

10Источники