Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu sözləri Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Qazaxıstanla iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu gün baş tutan 11-ci iclasında dilə gətirib. O, söhbət əsnasında nəqliyyat sahəsi üzrə əməkdaşlığa xüsusi diqqət ayırıb. "Artıq paralel şəkildə Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Ermənistan marşrutu ilə yükdaşımalar həyata keçirilir ki, bu, ölkələrimizin arasıdna əlaqələrin genişləndiyini göstərir. Qazaxıstan-Çin sərhədində yerləşən "Korqos" Beynəlxalq Sərhəd Əməkdaşlıq Mərkəzinin imkanlarına erməni sahibkarların marağını nəzərə alsaq, bu yükdaşımalar müntəzəm xarakter daşıya bilər", - müavin vurğulayıb. Mher Qriqoryanın sözlərinə görə, regionlararası nəqliyyat və logistika infrastrukturunun inkişafı Ermənistan üçün "Sülh qovşağı" layihəsinin reallaşması fonunda xüsusi əhəmiyyətə malikdir. O, eyni zamanda, Qazaxıstanla həm qarşılıqlı səviyyədə, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əlaqələrin inkişafının vacibliyini, iqtisadi-ticari tərəfdaşlıqda əhəmiyyətli potensialın mövcudluğunu vurğulayıb. İclasın yekununda müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərini əhatələyən protokol imzalanıb. Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.