Avropa Komissiyası (AK) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı təklifləri təsdiqləyib. Təfərrüatlar hələ açıqlanmayıb, lakin artıq məlumdur ki, layihədə ilk növbədə Rusiya nefti ilə ticarətin məhdudlaşdırılması, “kölgə donanması” ilə mübarizə, həmçinin Kreml banklarının və kriptovalyutaların fəaliyyətinə diqqət yetiriləcək.
SİA-nın məlumatına görə, bu barədə The Guardian məlumat yayıb.Yeni məhdudiyyətlərin qüvvəyə minməsi üçün Avropa İttifaqıŞurasında səsvermə zamanı bütün Avropa İttifaqı üzv dövlətlərinin razılığı tələb olunacaq.
Yekun qərarın oktyabrda veriləcəyi gözlənilir.
Avropa İttifaqı Rusiyaya qarşı mövcud sanksiyaları uzadıb...
Avropa İttifaqı səfirləri daha əvvəl Ukraynaya müdaxilə etdiyi üçün Rusiyaya qarşı sanksiyaları daha 6 ay müddətinə uzatmağa razılaşmışdılar – artıq sanksiyalara məruz qalan bütün şəxslər və təşkilatlar hədəf alınaraq...
Bu barədə sentyabrın 12-də Avropa İttifaqınınxarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Bundan əlavə, “Azadlıq” radiosunun Avropa məsələləri üzrə redaktoru Rikard Jozviakın verdiyi məlumata görə, bir sıra Avropa ölkələri tərəfindən istefaya göndərilməsi tələb olunan Avropa İttifaqı səfirləri, oliqarxlar Mixail Fridman və Əlişir Usmanov da sanksiyalar siyahısında qalacaq.
Əli Babayev