"Telegram" messenceri "Apple"ın iOS 26 ilə birlikdə təqdim etdiyi Liquid Glass dizayn-kodunu tətbiq etmək üzərində işləyir.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, messencerin bir versiyasında şüşə effekti və yarı şəffaf elementlərdən ibarət yeni interfeys dizaynı aşkar edilib.
Qeyd olunub ki, yeni redizayn son illərin ən nəzərəçarpan dəyişikliklərindən biri olacaq.
Yenilənmənin dəqiq buraxılış tarixi hələ açıqlanmayıb.
Bununla belə, vizual effektlər və animasiyaların daha çox hesablama gücü tələb etdiyi üçün batareya sərfiyyatına necə təsir edəcəyi hələlik məlum deyil.
Mina Mikayılova