RU

Birgə səylə faciələrin qarşısını almaq mümkündür — Ekspert

“Lənkəran rayonunda baş verən məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi cəmiyyətimizdə ciddi narahatlıq doğurur. Bu, təkcə Bakı şəhərində deyil, rayonlarda da sürücülərin sürət həddini aşmasının yaratdığı təhlükənin bariz nümunəsidir”.

Bunu yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, nəqliyyat mühəndisi Elçin Məmmədov Demokrat.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, sürət həddinin pozulması, yol hərəkəti qaydalarına əməl edilməməsi əsas səbəblərdəndir:

“Sürücülər tez-tez diqqətsiz davranır, yolun təhlükəli hissələrində sürəti azaltmırlar. Bu isə xüsusilə məktəbli uşaqların təhlükəsizliyini ciddi risk altına qoyur. Problemin həlli üçün həm hüquqi, həm də inzibati tədbirlər vacibdir. Cərimələrin sərtləşdirilməsi, radar və sürət kameralarının rayonlarda geniş tətbiqi, həmçinin ictimai maarifləndirmə kampaniyalarının gücləndirilməsi həyati əhəmiyyət daşıyır. Yol infrastrukturu da önəmli rol oynayır.  Piyada zolaqları, işıqforlar və süni sürət azaldıcılar uşaqların təhlükəsizliyini təmin edə bilər. Valideynlər və müəllimlər uşaqlara yol hərəkəti qaydalarını öyrətməli, sürücülər isə nümunəvi davranış göstərməlidirlər. Yalnız birgə səylə faciələrin qarşısını almaq mümkündür”.

Leyla Turan
Demokrat.az
Избранный
33
1
demokrat.az

2Источники