RU

“Regionların inkişafı bütövlükdə ölkə iqtisadiyyatı üçün çox faydalıdır” MÜNASİBƏT BİLDİRİLDİ

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

“Regionların inkişafı bütövlükdə ölkə iqtisadiyyatı üçün çox faydalı və mühüm rola sahibdir. Məhz bu məqsədlə regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı uğurla həyata keçirilib. Sözsüz ki, bu proqramlar regionda aqrar sektorun, sənayenin, eləcə də infrastrukturun yenidən qurulmasına, inkişafına istiqamətlənib. Həmçinin bu proqramların həyata keçirilməsi ölkənin iqtisadiyyatının inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük imkanlar yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, əvvəlki illərdən fərqli olaraq artıq regionlarda işıq, yol, su problemləri demək olar ki, aradan qaldırıb: “Müəyyən çətinliklər olsa da, onların həlli istiqamətində də işlər görülür. Əgər regionlar sürətlə inkişaf etməzsə, bu ölkə iqtisadiyyatına da mənfi təsir göstərir. Buna görə də hazırda dövlət, ölkə rəhbəri regionlarda iri təsərrüfat, şirkət və sənaye müəssiələrinin yaradılmasına böyük önəm verir. Bu ilk növbədə iqtisadiyyatın inkişafı, eləcə də əhalinin işlə təmin olunması baxımından çox önəmlidir. Bu istiqamətdə də işlər ardıcıllıqla davam etdirilir.

İşğaldan azad edilən ərazilərimiz bir region kimi inkişafı gələcəkdə ölkə iqtisadiyyatına çox böyük töhfə verəcək. Bu istiqamətdə gedən işləri də xalq dəstəkləyir. Bir neçə ildən sonra bu ərazilərdə görülən işlər özünün səmərəsini göstərəcək.

Ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq aləmdə tanınması, nüfuzunun artması baxımından çox əhəmiyyətlidir. Çünki bu cür tədbirlərə minlərlə turistlər, idmançılar, dövlət adamları gəlir. Onlar nəinki Bakıda olur, regionlara da gedərək də Azərbaycanın inkişafı ilə tanış olurlar. Bu səbəbdən də Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkənin inkişafı baxımından çox faydalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
sia.az

2Источники