RU

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "ELİTE CONSTRUCTİON" MMC şirkətilə məbləği 8 milyon 685 min manat olan müqavilə bağlayıb.

Marja.az xəbər verir ki, müqavilə - Respublikanın bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin görülməsini nəzərdə tutur. 

Müqavilənin başlama tarixi 15.09.2025-ci il, bitmə tarixi 30.11.2025-ci ildir. 

 

 

Избранный
28
1
marja.az

2Источники