RU

20 Sentyabr – Dövlət Suverenliyi Günü!

20

Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində vurğuladığı kimi, birgünlük antiterror tədbirləri zamanı kriminal rejimin qalıqları neytrallaşdırıldı, dövlət suverenliyimiz tam bərpa olundu. Cəmi 23 saat davam edən əməliyyat Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bir daha nümayiş etdirdi. Şanlı Qələbə nəticəsində üçrəngli bayrağımız suverenliyimizin təmin olunduğu bütün ərazilərimizdə qürurla dalğalanır. Dövlətimizin başçısının sərəncamı ilə 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günləri kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, dövlətimizə yeni zəfərlər arzulayırıq!Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası ölkə tarixində dönüş nöqtəsi oldu. Bu əlamətdar hadisə münasibətilə hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Həmçinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin də şəhər günləri həmin tarixə təsadüf edəcək. Bu qərar suverenliyin və ərazi bütövlüyünün rəmzi kimi xüsusi önəm daşıyır. Suverenlik günü münasibətilə xalqımızı təbrik edir, dövlətimizə davamlı uğurlar arzulayırıq.Ulusum.az

Diqqət Çəkənlər

BDU-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu

Əli Əsədov Bişkekdə görüşdə

Qalatasaray və Kayrat matçında gözlənilməz nəticələr — hər iki komanda uduzdu

Избранный
14
ulusum.az

1Источники