Əlibəy Hüseynzadə küçəsi 77 ünvanında yerləşən Bakı Türk Anadolu Liseyi “Əhmədli” metrostansiyasının yaxınlığına köçürüləcək. Yeni ünvanda dərslərin sentyabrın 22-də başlanması nəzərdə tutulur.
Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a liseydən məlumat verilib.
Bildirilib ki, Bakı Türk Anadolu Liseyində şagird sayının artması, mövcud binanın tutumunun tam dolması və uzun müddətdir əlavə binaya ehtiyacın yaranması səbəbindən yeni tənzimləmə həyata keçirilib.
Qeyd edək ki, binanın köçürülməsi qərarı tədris ilinin əvvəlində verildiyi üçün valideynlərin bir çoxunun narazı olduğu bildirilir.