RU

Taliban britaniyalı cütlüyü azad edib

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əfqanıstanda təxminən səkkiz ay Taliban tərəfindən saxlanılan britaniyalı cütlük – 80 yaşlı Peter Reynolds və 76 yaşlı həyat yoldaşı Barbie Reynolds azadlığa buraxılıb.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, onlar fevralın 1-də ölkəni tərk etmək üçün yola düşərkən saxlanıblar. Cütlük son 20 ilə yaxın müddətdə Əfqanıstanın Bamiyan vilayətində yaşayıb.

Onların azad olunması Qətərin vasitəçiliyi ilə baş tutub. Qətər rəsmilərinin verdiyi məlumata görə, Reynoldslar əvvəlcə tibbi müayinədən keçmək üçün Qətərə, oradan isə Böyük Britaniyaya gedəcəklər.

Taliban onların nə üçün saxlanıldığını hələ də açıqlamayıb. Cütlük dörd dəfə məhkəmə qarşısına çıxarılmasına baxmayaraq, səbəb rəsmi olaraq bildirilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
6
apa.az

7Источники