Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Sumqayıt şəhərində ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib. 1984-cü il təvəllüdlü Əhməd yaşadığı mənzildə olduğu zaman həyat yoldaşı Mədinə (adlar şərtidir – red.) ilə evin zal otağında mübahisə edib. Mübahisəyə səbəb isə Əhmədin mütəmadi içki içməsi səbəbində arvadının ona irad bildirməsi olub. O, arvadı ilə aralarında olan mübahisələr zamanı yumruqla onun sağ qolunun yuxarı hissəsinə vurub. Ona xəsarətlər yetirib. Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sumqayıt şəhərində həyat yoldaşı ilə bir yerdə yaşayıb: “Bizimlə bir yerdə 18 yaşlı qızım Əsmər, 16 yaşlı qızım Gülnar və 9 yaşlı oğlum Emin də yaşayır.Mən uzun müddətdir ki, içki alüdəçisiyəm, tez-tez içkili oluram. Bu səbəbdən arvadımla aramızda mübahisələr baş verir. Hadisə günü, saat 23 radələrində yenə də evə içkili gəldim. Bu səbəbdən mənzilin zal otağında həyat yoldaşımla aramızda mübahisə oldu. Mən yumruqla onun sağ qoluna vuraraq onun qolundan xəsarət yetirdim. O da bu barədə həmin günün səhəri polisə şikayət etdi”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ona qarşı şikayətini geri götürməsini nəzərə alıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.