RU

AZAL yeni təyyarə aldı

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmanın uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində yeni “Airbus A320neo” tipli sərnişin təyyarəsini hava gəmiləri parkına əlavə edib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən MArja-ya bildirilibki,yeni təyyarə sərnişinlərin rahatlığını ən yüksək səviyyədə təmin etməklə yanaşı, aviaşirkətin əməliyyat səmərəliliyini artıracaq və ətraf mühitə təsirini azaldacaq.

Müasir salon və komfortlu uçuş

Yeni “Airbus A320neo” təyyarəsi sərnişinlərin rahatlığını təmin edən müasir interyer və geniş imkanlarla təchiz olunub. Təyyarə göyərtəsində xoş və komfortlu mühit yaradılaraq həm biznes, həm də ekonom sinif sərnişinləri üçün rahat səyahət şəraiti təqdim olunur. Uçuş zamanı sərnişinlər müxtəlif əyləncə imkanlarından istifadə edə, vaxtlarını daha səmərəli keçirə bilərlər.

Yeni təyyarənin əsas üstünlüklərindən biri sürətli internet xidmətidir. Biznes sinifi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri Wi-Fi xidmətindən pulsuz yararlana biləcəklər.

Strateji addım

Yeni “Airbus A320neo” təyyarəsinin istifadəyə verilməsi AZAL üçün mühüm mərhələdir. Bu təyyarələr əməliyyat xərclərinin optimallaşdırılmasına, şirkətin regional bazardakı mövqelərinin möhkəmlənməsinə və Bakının Avropa ilə Asiya arasında hava qovşağı rolunun güclənməsinə xidmət edəcək.

“Təyyarə parkının modernləşdirilməsi strategiyamızın əsas istiqamətlərindəndir. “Airbus A320neo” sərnişinlərimizə daha yüksək rahatlıq və xidmət səviyyəsi təqdim etməklə yanaşı, reyslərimizin ekoloji baxımdan daha səmərəli həyata keçirilməsinə şərait yaradacaq,” – deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib.

Qeyd edək ki, təyyarə parkının modernləşdirilməsi proqramı çərçivəsində AZAL oktyabr ayının əvvəlində daha bir yeni “Airbus A320neo” təyyarəsini donanmasına əlavə edəcək. Ümumilikdə aviaşirkət 2032-ci ilə qədər 30-dan çox yeni təyyarəni istismara verməyi planlaşdırıb. 

AZAL yeni təyyarə Airbus A320neo donanma aviasiya sərnişin nəqliyyatı Azərbaycan təyyarə alışı 2025 hava daşımaları
Избранный
4
45
marja.az

10Источники