RU

Türkiyədə AKP-li bələdiyyə sədri saxlanıldı


Türkiyədə aralarında hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş Yahşihan bələdiyyə başçısı Əhməd Sunqurun da olduğu 7 nəfər Kırıkkaledə aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılıb.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyat Kırıkkale Respublika Baş Prokurorluğunun koordinasiyasında Kırıkkale Polis İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilib.
Kırıkkale Polis İdarəsindən verilən məlumata görə, bu çərçivədə bələdiyyə sədri Əhməd Sunqur və daha 7 nəfər saxlanılıb.
Qeyd olunub ki, saxlanılan şəxslərlə bağlı polis idarəsindəki əməliyyatlar davam etdirilir.
Избранный
20
1
yeniavaz.com

2Источники