RU

Ekoloji tədbirlərin gücləndirilməsi iqlim dəyişikliyinə qarşı vacibdir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytına istinadən ain.az xəbər verir.

"İqlim dəyişikliyi hər sahədə özünü göstərir. Qış mövsümündən başlayaraq qar və yağışın azalması, dağlarımızdakı buzlaqların əriməsi bunun açıq nümunələridir. Onsuz da sahəsi az olan buzlaqlarımız tədricən əriməyə başlayıb və bu, təbiət üçün ciddi xəbərdarlıqdır". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

O bildirib ki, bahar aylarında quraqlığın artması iqlim dəyişikliyinin birbaşa təsirini göstərir: "Yay aylarında isə havanın hərarəti qeyri-bərabər paylanır. Məsələn, bu il iyun ayı anormal sərin keçdi, iyul ayı isə istidən qaynaqlanan qeyri-adi yüksək temperaturla yadda qaldı. Sentyabr ayının əvvəlləri və ortasında isə yağışlı hava müşahidə olunur. Bütün bu dəyişikliklər təbiətdə baş verən proseslərin iqlim dəyişikliyi ilə sıx bağlı olduğunu göstərir.

Xəzər dənizinin səviyyəsinin illər üzrə aşağı düşməsi də bu prosesin sürətlə getdiyini əks etdirir. Havanın isinməsi, quraqlığın artması və yağıntıların azalması nəticəsində Xəzər dənizi səviyyəsini xeyli aşağı salır ki, bu da ekosistem üçün ciddi təsirlər yaradır. Bundan başqa, heyvan və bitki aləmində də iqlim dəyişikliyini hiss etmək mümkündür. Məsələn, köçəri quşların köç tarixləri dəyişir və bu artıq müşahidə olunur. Bitki örtüyü də təsirlənir; bəzi bitki növləri əvvəlki mövsüm ritminə uyğun inkişaf edə bilmir, bunun nəticəsində həm yerli flora, həm də fauna təsirlənir.

Ümumiyyətlə, iqlim dəyişikliyi yalnız hava şəraitinə deyil, həmçinin ekosistemə, su ehtiyatlarına, kənd təsərrüfatına və insan həyatına da birbaşa təsir göstərir. Bu səbəbdən ekoloji tədbirlərin gücləndirilməsi və ətraf mühitin qorunması hər zamankından daha vacibdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
sia.az

2Источники