RU

Sankt-Peterburq aeroportu kiber hücuma məruz qaldı

BAKI, 19 sentyabr. TELEQRAF

Sankt-Peterburqdakı "Pulkovo" aeroportunun rəsmi saytı kiber hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, hazırda saytın fəaliyyətində məhdudiyyətlər mövcuddur və mütəxəssislər saytın bərpası üzərində işləyirlər.

Sərnişinlərin rahatlığı üçün saytın domenində müvəqqəti olaraq "Yandex"in onlayn tablo xidməti təqdim olunur.

Qeyd edilir ki, aeroport normal iş rejimində fəaliyyət göstərir.

Избранный
24
teleqraf.com

1Источники