RU

"Yöndəmsiz sükut": Zukerberqin “ağıllı eynək”lərinin təqdimatında FİASKO

Zukerberqin süni intellektə malik ağıllı eynəklərinin təqdimatı əsl fiasko olub.

Publika.az xəbər verir ki, yeni modelin nümayişi zamanı əsl texnoloji iğtişaş baş verib. Süni intellektlə təchiz edilmiş eynək bir neçə ciddi nasazlıq yaşayıb.

Zukerberq əvvəlcə sosial şəbəkədə daxil olan videozəngə cavab verməyə cəhd etsə də, bu cəhd uğursuz alınıb. Sahibkar iki dəqiqəyə yaxın səhnədə yöndəmsiz vəziyyətdə susmağa məcbur olub.

O, situasiyaya “Bu, həqiqətən, çox pisdir” və “Nə deyəcəyimi belə bilmirəm” kimi şərhlərlə reaksiya verib.

AI daha sonra yeməyi tanımaqda səhv edib. Qeyd edək ki, bu eynəklərin qiyməti 80 dollardır.

Избранный
19
publika.az

1Источники