RU

“Azərbaycanda narkomanların sayı artmayıb, qeydiyyat məsələsi dəqiqləşdirilib” Ekspert

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda narkomaniya ilə bağlı açıqlanan son statistika narahatlıq doğurur. Rəsmi məlumata görə, 2024-cü ilin sonuna ölkədə dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40 min 490 nəfərə çatıb. 

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi göstəricilərə əsasən, onların 39 min 485-i kişi, 1005-i isə qadındır. 

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoloq ekspert Emil Maqalov AZXEBER.COM-a bildirib ki, əvvəllər cəmiyyətdə narkomanlar vəziyyətlərini gizlətməyə çalışır, bunu utanılası hal kimi qəbul edirdilər:

"Bu, onlar üçün ağır ittiham sayılırdı. Lakin jurnalistlərin və QHT-lərin maarifləndirici fəaliyyəti nəticəsində həmin insanların əslində xəstə olduqları cəmiyyətə daha aydın çatdırıldı. Artıq insanların təxminən yarısı narkomaniyanın xəstəlik olduğunu qəbul edir. Bir çox narkotik asılılığı olan şəxslər də başqa çıxış yolunun olmadığını anlayaraq dövlət xəstəxanalarına müraciət edirlər”. 

Ekspert deyib ki, narkomanların sayı artmayıb, sadəcə qeydiyyat məsələsi dəqiqləşdirilib:

"Son illərdə polis, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların gördüyü tədbirlər nəticəsində narkotik istifadəçilərinin müalicəsi və satıcılarının həbsləri həyata keçirilib. Hazırda həm narkomanların, həm də onların ailələrinin dövlətə inamı artıb. Narkomaniya ilə mübarizənin ən düzgün yolu vaxtında həkimə müraciət etməkdir”. 

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
azxeber.com

1Источники