RU

Azərbaycanlı alimin erməni yalanlarını ifşa edən kitabı çıxdı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəxri professoru Əliyev Zaur Bilal oğlunun Azərbaycan və ingilis dillərində “Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” kitabı nəşr edilib.

Globalinfo.az xəbər verir ki, kitab Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərimizn xatirəsinə ithaf olunub.

Kitab “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin “Ermənistan dövlətinin terror siyasəti adlı layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun Elmi Şurasının qərarı ilə çap edilib.

Nəşr nadir arxiv sənədləri, əlyazmalar, dünya alimlərinin əsərləri və erməni müəlliflərinin etirafları ilə zəngindir.

Kitabda istinad edilən mənbələrlə sübut olunur ki, ermənilərin bəşəriyyətə, insanlığa qarşı cinayət hadisəsi törətməsində ən böyük iştirak edənlər onların “din xadimləri” olublar. Onlar öz məqsədlərini həyata keçirmək üçün insanların Allah evi kimi tanıdıqları kilsələrdən, məbədlərdən istifadə ediblər.

Kitabda qeyd edilən zəngin mənbələr təsdiq edir ki, erməni kilsəsi bir tərəfdən erməniləri dünyaya məzlum görkəmdə tanıtmağa səy göstərir, digər tərəfdən başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsinin, türk-müsəlman əhalisinə qarşı qanlı terror aktlarının həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir.

Erməni kilsəsinin Azərbaycana və Türkiyəyə qarşı dini-etnik ekstremizmi təşkil etməsinə, terrorizmə maddi və mənəvi dəstək verməsinə dair saysız-hesabsız faktlar mövcuddur. Erməni katolikoslarının həmişə dini-etnik şovinizmi təbliğ etməsi regionda sülhün və sabitliyin təmin olunmasına maneçilik törədib ki, bu vəziyyət indi də davam edir.

Kitabda ilk xristianların ermənilər olmadığı, onların tarixi yalanları, tezisləri və saxta tarixçiləri ciddi mənbələr ilə ifşa edilir və sübut edilir ki, ermənilərin dünyaya yaydıqları tarixi məlumatlar uydurma və istinadı olmayan tezislərdir.

Kitab geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub və dünya kitabxanaları, universitetləri, elm mərkəzləri və siyasi xadimlərinə təqdim ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
11
globalinfo.az

10Источники