Formula 1 Azərbaycan Qran-prisində ilk sərbəst yürüşlər başa çatıb.
Offsideplus.az xəbər verir ki, "Maklaren"in pilotu Lando Norris rəqiblərindən sürətli olub.
2-ci yeri onun komanda yoldaşı Oskar Piastri, 3-cü yeri isə "Ferrari"dən Şarl Lekler tutub.
Qeyd edək ki, növbəti sərbəst yürüş bu gün, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.