RU

"Özümə də maraqlıdır ki, təyinatım nəyə görə reallaşmadı?" - "Kəpəz"in sabiq baş məşqçisi

"Kəpəz"in sabiq baş məşqçisi Azər Məmmədov bir müddət əvvəl Gəncə təmsilçisinə idman direktoru təyin edilməli idi. Bu haqda mətbuatda xəbərlər yayılmışdı.

Lakin Məmmədovun "Kəpəz"ə yeni təyinatı hələ ki reallaşmayıb. Bu barədə Məmmədovun özündən fikir aldıq. Sportal.az saytına qısa açıqlama verən 49 yaşlı mütəxəssis bunları deyib:

"Belə söhbət var idi. Təklif edilmişdi, görüşümüz də olmuşdu. Amma "Kəpəz" məsələsi haqda ətraflı bir söz deyə bilmərəm. Bu sualı klubun rəhbərliyinə ünvanlasanız, daha yaxşı olardı. Mən özüm bu suala cavab verə bilmirəm. Özümə bir söz deməyiblər. Nə "hə" deyirlər, nə də "yox". Necə olacağını bilmirəm. Sadəcə özümə də maraqlıdır ki, təyinatım nəyə görə reallaşmadı?".

 

saytlarin hazirlanmasi

Избранный
12
2
sportal.az

3Источники