RU

“Rus nefti alırsınız, müharibəni uzadırsınız!” Trampdan Avropaya sərt MESAJ

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Keir Starmer ilə birgə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinlə bağlı açıqlama verib.

Redaktor.az "CNN"ə istinadən xəbər verir ki, o, Putinin ümidlərini doğrultmadığını və Ukraynada daha çox rus əsgərinin həyatını itirdiyini bildirib.

"Putin məni üzdü. Çox insanı öldürür və daha çox itki verir. Həqiqəti desəm, daha çox rus əsgəri ölür, nəinki ukraynalı... Bu məni narahat edir. Ümid edirəm, tezliklə sizin üçün yaxşı xəbərlərimiz olacaq", – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin Rusiyaya qarşı əlavə tədbirlər görməyə hazır olduğunu açıqlayıb. 

Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması Moskvanı güzəştə getməyə məcbur edəcək.

"Əgər neftin qiyməti düşərsə, Putin müharibədən çıxmaq məcburiyyətində qalacaq. Amma mən tədbirlər görməyə hazır olduğum halda, Avropa ölkələrinin Rusiyadan neft alması qəbuledilməzdir. Əgər neftin qiyməti düşərsə, Rusiyanın razılığa gəlməkdən başqa yolu qalmayacaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
3
redaktor.az

4Источники