Bakı, 19 sentyabr, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşündə bolidində problem aşkarlanan “McLaren”in pilotu Oskar Piastri mübarizəni başa vurub.
AZƏRTAC xəbər verir ki, komandadan enerji bloku ilə bağlı problemləri sessiyanın sonuna qədər həll edə bilməyəcəkləri bildirilib.
Qeyd edək ki, Formula 1-də ikinci sərbəst yürüş saat 16:00-da başlayacaq.