RU

Bakıda “Boeing 787 Dreamliner”in simulyatoru nümayiş etdirilir - FOTO

AZAL-ın “Boeing” şirkəti ilə birgə layihəsi çərçivəsində “JW Marriott Absheron Baku” hotelinin birinci mərtəbəsində “Boeing 787 Dreamliner” təyyarəsinin simulyatoru quraşdırılıb.

APA-Economics” xəbər verir ki, layihə çərçivəsində həvəskar aviatorlar və şəhərimizin qonaqları Formula 1 Azərbaycan Qran-prisi zamanı 19-21 sentyabr tarixlərində uçuş simulyatorundan istifadə edə bilər.

Bakıda təqdim olunan “Boeing 787 Dreamliner” uçuş simulyatoru pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks etdirir. Genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə qolları, pedallar və orijinal oturacaqlarla təchiz edilmiş simulyator real uçuş şəraitini maksimum dərəcədə imitasiya edir.

Proqram təminatı təyyarənin bütün uçuş sistemlərini tam şəkildə canlandırır və qonaqlara uçuşun bütün mərhələlərini — havaya qalxma, uçuş rejimi və enişi sınaqdan keçirməyə imkan verir. Bu, həmçinin “Dreamliner”in innovativ texnologiyaları və yanacaq səmərəliliyi ilə yaxından tanış olmaq üçün unikal təcrübə yaradır.

Qeyd edək ki, “Boeing” şirkəti “787 Dreamliner” modelini ən uğurlu geniş gövdəli təyyarələrdən biri kimi təqdim edir. 14 ildən az bir zamanda bu təyyarələr 1,1 milyarddan çox sərnişin daşıyıb ki, bu da aviasiya tarixində digər bütün geniş gövdəli təyyarələrlə müqayisədə ən yüksək göstəricidir.

Təyyarənin konstruksiyası və müasir texnologiyaları yanacaq sərfiyyatını əvvəlki nəsil analoji modellərlə müqayisədə 25%-dək azaldır, həmçinin dünyanın müxtəlif istiqamətlərində 435 yeni birbaşa marşrutun açılmasına şərait yaradıb. Geniş salonu, iri gövdəli təyyarələr arasında ən böyük pəncərələri və rahat şəraiti ilə sərnişinlər uçuş zamanı özlərini komfortlu hiss edir və təyinat məntəqəsinə rahat çatırlar.

Hazırda AZAL-ın parkında iki “Boeing 787 Dreamliner” təyyarəsi fəaliyyət göstərir. Uzunmüddətli modernləşdirmə strategiyasına uyğun olaraq yaxın illərdə bu tipdən bir neçə yeni təyyarənin də donanmaya qoşulması planlaşdırılır.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Избранный
24
3
apa.az

9Источники