RU

Ot örtüyündə müəyyən problemlərin olduğunu qəbul edirik İmişli Qubada oynaya biləcəkmi?

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Quba Olimpiya İdman Kompleksinin ot örtüyü demək olar ki, istifadəyə yararsızdı. Odu ki, Misli premyer-liqasının 4-cü turunda keçirilən "İmişli" - "Sumqayıt" matçından sonra nəinki “Sumqayıt”ın baş məşqçisi Saşa İliçin, Jorj Kaşkilyanın da qazona görə gileylənməsi əbəs deyil. Bu məsələylə bağlı klubun mətbuat xidmətinin rəhbəri Leyla Behbudludan açıqlama aldıq: “Stadionun ot örtüyü ilə bağlı lazımi tədbirlər görüləcək. Nəzərimizdədi".PFL-in də mövqeyinə ehtiyac duyduğumuzdan qurumun Media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:

“Ot örtüyündə müəyyən problemlərin olduğunu qəbul edirik. Ancaq bu o demək deyil ki, orda heç cür oyun keçirilə bilməz. Bilindiyi kimi, Quba davamlı yağış yağan ərazidi və son günlər həmin ərazilərə həddən artıq yağış yağıb. Normal hadisədi, belə hallar olur. Stadionun futbol üçün, ümumiyyətlə, yararsız olduğunu düşünmürük”.

KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
icma.az

2Источники