RU

"Formula-1" Azərbaycan Qran-prisi qırmızı bayraqla dayandırıldı - YENİLƏNİB

Lənkəran rayonunda Girdəni çay üzərindəki körpü sentyabrın 20-i saat 09:00-dan etibarən tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.

Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bildirilib ki, tikinti işləri mövcud Ələt–Astara–İran İslam Respublikası dövlət sərhədi (M3) avtomobil yolu üzərində iki körpünün yenidən qurulması layihəsi çərçivəsində aparılacaq. Girdəni çayı üzərindəki körpü M3 avtomobil yolunun 197-ci kilometrində yerləşir.

Bildirilib ki, bu səbəbdən sürücülərdən və vətəndaşlardan xahiş olunur ki, hərəkətlərini təmin etmək üçün alternativ yol istiqamətindən – Lənkəran şəhəri Heydər Əliyev prospektindən istifadə etsinlər.

 

 

Избранный
91
avtosfer.az

1Источники