RU

Kursların yetişdirdiyi "həkimlər" insan həyatına təhlükə yaradır

"Son vaxtlar “tibbi kurslar” adı altında müxtəlif kurslar fəaliyyət göstərir. Burada əczaçılıq, tibb bacısı və həkim köməkçisi kimi sahələr üzrə tədris keçirilir. Lakin bu kurslar akademik təhsil olmadığına görə onları bitirən məzunlar nə dövlət qulluğunda, nə də dövlət müəssisələrində işə qəbul oluna bilərlər". 

Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti, həkim Şahvələd Məmmədov deyib.

O, bildirib ki, hətta özəl sektor da bu ixtisasları rəsmi qəbul etmir:

"Əslində, məsələn, tibb bacısı kursunu bitirənlər müəyyən hallarda həkim köməkçisi və ya yardımçısı kimi qısamüddətli işlərdə faydalı ola bilərlər. Çünki az da olsa tibbi bilik və bacarıqları olur. Amma peşəkar təhsil olmadığı üçün onları dərhal işə götürmək düzgün deyil".

Ekspert bildirib ki, əczaçılıq kurslarını bitirənlərə də guya diplom verilir:

"Onlar apteklərdə fəaliyyət göstərməyə başlayırlar. Əksər hallarda cavan qızlar bu kursları bitirir və satıcı kimi qeydiyyata alınırlar. Yəni, onlar əczaçı yox, sadəcə satıcı kimi fəaliyyət göstərirlər. Aptekdə isə əsas idarəedici əczaçı olur. Bu səbəbdən kurs məzunları heç vaxt əsl əczaçı sayıla bilməzlər".

Onun sözlərinə görə, təcrübəsiz olduqlarına görə belə şəxslər bəzən ciddi fəsadlar törədə biləcək dərmanları səhvən verə bilirlər:

"Bu isə insanların həyatını təhlükəyə atır və ağır nəticələrə səbəb ola bilər".

Əfsanə Kamal
Demokrat.az
Избранный
20
1
demokrat.az

2Источники