RU

Vergi borcu olan şirkət 1,5 milyon manata “Bakı Konqres Mərkəzi”ndə texniki və təmir xidmətləri göstərəcək

"Bakı Konqres Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1503949491) açıq tenderin qalibini elan edib.

FED.az xəbər verir ki, tender “Bakı Konqres Mərkəzi” MMC-nin mexanika, elektrik, santexnika, avtomatika, yanğından mühafizə sistemlərinə texniki və təmir xidmətlərinin satın alınması ilə bağlı olub.

Tenderin qalibi "AZSUR GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. İddiaçının təklifi 1 milyon 505 min 514 manat səkkiz qəpik təşkil edib.

Şirkət daha öncə Ağstafa Rayonu İcra Hakimiyyəti Başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi ilə 149 min 638 manat dəyərində kommunal binaların əsaslı təmiri tenderi üzrə müqavilə bağlayıb.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Azsur Group” MMC 21 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İmanlı Rəşid Yasəf oğludur. Hüquqi ünvanı AZ1075, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev.21F, m.21F ünvanıdır.
Şirkətin 76 min 426 manat 89 qəpik ödənilməmiş vergi borcu var.

 

Избранный
10
1
fed.az

2Источники