RU

Ərşad Hüseynov iki uşağın öldüyü qəzadan danışdı - Günah böyüklərdədir...

Təəssüf ki, belə acı xəbərlər gəlməkdədir. Nə qədər ki, real bir iş görülməyəcək, belə xəbərlər də gəlməkdə davam edəcək...

Lənkəran rayonunun Şovu kəndində, Lənkəran-Lerik yolunda məktəbə gedən 8 və 9 yaşlı bacı-qardaş Mercedes” markalı avtomobillə vurulub və hər ikisi dünyasını dəyişib. Çox ağır faciədir. Onların valideynlrinə və yaxınlarına təsəlli verəcək söz tapmaq çox çətindir. Allah rəhmət eləsin.

Hadisəyə hüquqi qiymət vermək fikrində deyiləm, bunun üçün təfərrüatları da bilmirəm. Lakin bircə şeyi dəqiq bilirəm. Bu faciədə həmin uşaqların heç bir günahı yoxdur. Günah yalnız böyüklərdədir: təhlükəsiz yol tikə bilməyən, yol hərəkətini təhlükəsiz təşkil edə bilməyən, təhlükəsiz avtomobil idarə edə bilməyən, təhlükəsiz sürücü hazırlaya bilməyən, uşaqlara yollarda təhlükəsiz davranışı öyrədə bilməyən böyüklərdə...

 

Ərşad Hüseynov

hüquqşünas

Избранный
37
6
avtosfer.az

10Источники