RU

Qarabağ ın hücumçusu fərdi məşq edir Kopenhagen matçına çıxacaq?

Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə görüşləri üçün yığma komandaya cəlb edilmiş və düşərgədə olarkən zədələnən Nəriman Axundzadə hazırda fərdi qaydada məşq edir. 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın gənc hücumçusu tezliklə təkrar tibbi müayinədən keçəcək. 

Ağdam klubunun məşqçilər korpusu da Axundzadənin nə zaman kollektivə qoşulacağını dəqiq bilmir. Qeyd edək ki, Nərimanın baldır əzələsində gərilmə aşkarlanmışdı.

Onun Çempionlar Liqasının 2-ci turunun “Kopenhagen”lə görüşə qədər hazır olub-olmayacağı da sual altındadır. 

 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
sportal.az

2Источники