RU

"Şəhid ailəsi üzvlərindən bir nəfər dövlət işinə qəbul olunsun" - Mühüm təklif

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Bilriyinin sədri Sevinc Orucova şəhid ailələrini narahat edən və onlar üçün önəmli olan bir problemin həlli barəsində danışıb.

Bu barədə "Unikal"a açıqlama verən S.Orucova bildirib ki, qardaş ölkə Türkiyədə dünən şəhid ailələri üçün əlamətdar bir gün idi:

"Ailə və Sosial Xidmətlər nazirliyi 630 nəfər şəhid ailə üzvlərinin dövlət qulluğuna təhsilinə uyğun olaraq növbəti,  müsabiqədənkənar işlə təmini prosesinin nəticələrini açıqladı. Dövlət başçısı və nazirin iştirakı ilə keçirilən tədbirdə şəhid övladları,xanımları,yaxınları dövlət qulluğunda imtahansız işlə təmin hüququndan yararlandılar. Bu günə qədər Türkiyədə 52 min şəhid ailə üzvü bu hüquqdan yararlanıb.

Bizim dövlətimizin də şəhid ailələrinə sosial dəstək proqramları davamlı formada reallaşdırılır. Lakin bir təhsilli şəhid övladına ən böyük dəstək onun ali təhsilini bitirdikdən sonra özünü, ailəsini və gələcəyini təmin edəcək səviyyədə işlə təmin olunmasıdır. Təəssüf ki, dəfələrlə yüksək aidiyyəti qurumlara müraciətimizə baxmayaraq, qanunvericilikdə belə bir üstünlüyün olmadığını  əsas gətirərək rədd cavabı verirlər.

Məgər “Dövlət qulluğu haqqında” Qanuna belə bir bəndin daxil edilməsi çoxmu zəhmət verir? Bu övladlar 23 yaşına çatan kimi atalarının təqaüdündən məhrum olurlar. Atasız, gənc bir övladın bizim cəmiyyətimizdə gələcəyini qurması üçün hansı dəstəyi göstəririk?  Niyə biz tək-tək CV-ləri aidiyyəti qurumlara göndərib dəfələrlə xahiş etməliyik ki? Bu hüquq qanunvericilikdə norma halını alsa, o övladların da gələcəyi təmin olunar. Bu ölkədə ən böyük haqq sahibi şəhid övladlarıdır. Onlara dayanıqlı, etibarlı, layiqli gələcək bəxş edək.

Ümid edirəm ki, aidiyyəti qurumlar Türkiyə Respublikasının bu dayanıqlı təcrübəsindən yararlanaraq bizə dəstək göstərəcəklər. Artıq övladlarımız ali təhsil alır, təhsillərini başa vurub normal iş axtarırlar", - deyə o qeyd edib.

Seymur Əli

Избранный
8
unikal.az

1Источники