RU

Ukraynalı əsgərlərə işgəncə verən rusların logistika mərkəzi vurulub

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gecə Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Rusiya Federasiyasının 810-cu Əlahiddə Dəniz Briqadasının Kursk vilayətində yerləşən logistika mərkəzinə zərbələr endirib.Reyting.az xəbər verir ki, bu barədə “Telegram”da Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.Zərbə 810-cu briqadanın material, silah-sursat və hərbi texnika anbarlarına dəyib.Xüsusi Əməliyyat Qüvvələri xatırladıb ki, işğal olunan Sevastopolda yerləşən 810-cu dəniz piyada briqadası Şimali Slobojanski istiqamətində hücum əməliyyatlarında fəal iştirak edir. Bu briqadanın şəxsi heyəti hərbi cinayətlərdə, o cümlədən ukraynalı hərbi əsirlərin edamında iştirak edir.Bildirilir ki, dünən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli pilotsuz təyyarələri Başqırdıstana qədər uçub və Rusiyanın ən böyük neft emalı və neft-kimya zavodlarından birini - “Qazprom Neftexim Salavat” MMC-ni vurub.V. QULİYEV Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
reyting.az

2Источники