RU

5 müəssisə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib - QƏRAR

BAKI, 19 sentyabr. TELEQRAF

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 müəssisəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Balıqçılıq və Akvakultura Mərkəzi” verilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə verilib.

Həmçinin qeyd edilib ki, qərardan irəli gələn məsələləri İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsin.

Избранный
9
30
teleqraf.com

10Источники