RU

Balakən Kommunal Müəssisələri Kombinatı auditor seçir

Balakən Kommunal Müəssisələri Kombinatı (VÖEN: 3800026651) açıq müsabiqə elan edib.

FED.az xəbər verir ki, müsabiqə audit xidmətinin satın alınmasına aiddir. Layihənin ehtimal olunan qiyməti 6 min 750 manatdır.

Təkliflərin son təqdim olunma tarixi 2 oktyabr 2025-ci il saat 17:30-a kimidir. Zərflərin açılışı da həmin tarixdə, saat 17:30-da keçiriləcək.

İştirak haqqı 13.5 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün iştirak haqqı ilə yanaşı, iyirmi beş manat istifadə haqqı da ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olması səbəbindən satınalmanın baş tutmaması hallarından başqa, ödənilən iştirak və istifadə haqları heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Süleyman Əliyev – baş mühasib.
Əlaqə vasitələri: [email protected], (+994 50) 426 22 94.

İddiaçılar təkliflərini 2 oktyabr 2025-ci il tarixinədək Balakən rayonu, M. F. Axundov küçəsi 17 ünvanına təqdim edə bilərlər.

Audit xidmətləri  üçün tələblər

1. 2024-cü il üzrə Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditi:

1.1. Maliyyə vəziyyəti haqqında hesabat;

1.2. Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat;

1.3. Kapitalda dəyişiklik hesabatı;

1.4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

1.5. Əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər.

2. 2024-cü il üçün vergi orqanına təqdim etdiyi vergi bəyannamələrinin auditi:

2.1. 2024-cü il üçün illik “Mənfəət vergisinin bəyannaməsi”;

2.2. 2024-cü il üçün illik “Əmlak vergisinin bəyannaməsi”;

2.3. 2024-cü il ərzində aylıq təqdim edilmiş “Əlavə dəyər vergisinin bəyannamələri”;

2.4. 2024-cü il üçün rüblük təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi.

3. Bütün nəzərdən keçirilmiş qeydlərin tamamlanması, yekun hesabatların standartlara uyğun tərtib olunaraq imzalanması və təqdim edilməsi.

Избранный
13
fed.az

1Источники