RU

BDYPİ sürücülərə və piyadalara yenidən çağırış edib  

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsindən dərin təəssüf hissi keçirir. Bu faciə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır.

AZƏRTAC xəbər verir ki, bu barədə BDYPİ-nin müraciətində deyilir.

“Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, yollarda, xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır. Piyadalara isə xatırladılır ki, yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, hərəkətə başlamazdan əvvəl ətrafı diqqətlə müşahidə etməli və sürücülər üçün gözlənilməz vəziyyət yaratmamalıdırlar. Valideynlərdən xahiş olunur ki, uşaqların məktəbə gediş-gəlişlərini daim diqqətdə saxlasınlar, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymasınlar. Hər bir hərəkət iştirakçısı anlamalıdır ki, qaydalara əməl etməmək yalnız qanunun pozulması deyil, eyni zamanda, insan həyatına birbaşa təhlükə yaratmaq deməkdir”, - deyə müraciətdə vurğulanır.

BDYPİ bildirir ki, həm sürücülərin, həm də piyadaların məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısını almağın və insanların həyatını qorumağın əsas yoludur.

Избранный
16
35
azerbaijan-news.az

10Источники