
Bu gecə Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Rusiya Federasiyasının 810-cu Əlahiddə Dəniz Briqadasının Kursk vilayətində yerləşən logistika mərkəzinə zərbələr endirib.
Reyting.az xəbər verir ki, bu barədə “Telegram”da Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.
Zərbə 810-cu briqadanın material, silah-sursat və hərbi texnika anbarlarına dəyib.
Xüsusi Əməliyyat Qüvvələri xatırladıb ki, işğal olunan Sevastopolda yerləşən 810-cu dəniz piyada briqadası Şimali Slobojanski istiqamətində hücum əməliyyatlarında fəal iştirak edir. Bu briqadanın şəxsi heyəti hərbi cinayətlərdə, o cümlədən ukraynalı hərbi əsirlərin edamında iştirak edir.
Bildirilir ki, dünən gecə Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli pilotsuz təyyarələri Başqırdıstana qədər uçub və Rusiyanın ən böyük neft emalı və neft-kimya zavodlarından birini - “Qazprom Neftexim Salavat” MMC-ni vurub.
V. QULİYEV