RU

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN DƏSTƏYİ İLƏ BAKIDA “AŞIQ ƏLƏSGƏRDƏN ÜZEYİR HACIBƏYLİYƏ: TÜRK DÜNYASININ MƏDƏNİ KODLARI” MÖVZUSUNDA BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLƏCƏK

BAKI, TurkicWorld

25-26 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium təşkil olunacaqdır. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunur və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçiriləcəkdir.

TurkicWorld xəbər verir ki, simpoziumun məqsədi Aşıq Ələsgər yaradıcılığı və Üzeyir Hacıbəyli irsinin, habelə türk xalqlarının bədii mədəniyyətinin tədqiqi sahəsində aparılan araşdırmalar üzrə elmi yeniliklərlə tanışlıq və fikir mübadiləsinin aparılmasından ibarətdir.

Simpoziuma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və digər ölkələrdən humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant və dissertantlar, eləcə də mövzu ilə maraqlanan mütəxəssislər dəvət edilib.

Избранный
21
turkic.world

1Источники