RU

“Formula-1” çərçivəsində tibbi xidmətin təşkili tam təmin olunub

Bakı. Trend:

TƏBİB tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku CityCircuit) ilə əməkdaşlıq çərçivəsində “Formula-1 Qatar AirwaysAzərbaycan Qran-prisi 2025"də tibbi xidmətə ehtiyac yaranacağıhallar üzrə xidmətin təşkili tam təmin olunub.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumatyayıb.

Bildirilib ki, yarış xətti boyunca iştirakçılara, “Formula-1”çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcilivə təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eynizamanda yarışlar səbəbilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidəyaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postlarıqurulub.

18-21 sentyabr 2025-ci il tarixlərində qrafik üzrə təcili vətəxirəsalınmaz tibbi yardım xidmətinin təşkili üçün RespublikaTəcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən yarışlardövründə xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb.

Həmçinin “Formula-1” yarışlarında yaradılan tibb məntəqələrindəBakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərir.

Tibb məntəqələri reanimasion çarpayı, süni tənəffüs aparatı,kardiomonitor, USM, EKQ, anesteziya aparatı və digər müxtəliftəyinatlı cihaz avadanlıqlar, habelə zəruri dərman, müalicəvasitələri, sərf materialları, təcili və təxirəsalınmaz tibbiyardım çantaları ilə tam təmin olunub.

Yarış müddətində tibbi xidmətin təşkili istiqamətindəgücləndirilmiş iş rejimində fəaliyyətə dair TƏBİB-in tabeliyindəkiRespublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, MərkəziNeftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, XətaiTibb Mərkəzi, Nərmanov Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzininrəhbərliklərinə müvafiq tapşırıqlar verilib.

Təhkim olunan bütün tibb işçiləri saat 08:00-dan 00:00-a qədərnövbəli xidmət göstərir.

Qeyd edək ki, tibb və qeyri-tibb işçilərinin hər biri bir çoxbeynəlxalq tədbirlərdə xidmət aparan, xarici dil biliklərinə maliktəcrübəli mütəxəssislərdir.

Избранный
5
17
az.trend.az

10Источники