RU

“The Economist” Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

EIU ölkə iqtisadiyyatının 2025–2029-cu illərdə sabit templə artacağını açıqlayıb.

“The Economist” Azərbaycanın 2025-ci il üzrə real ÜDM-in artım proqnozunu 2,9%-dən 3,4%-ə kimi, 2026-cı il üzrə 2,9%-dən 3,1%-ə kimi artırıb. 2027-ci il üzrə iqtisadi artım proqnozu dəyişməyərək 3,1%, 2028-ci il üzrə isə 3,2% müəyyən edilib. EIU2029-cu ildə Azərbaycanda 3,5% iqtisadi artım olacağını gözləyir.

Nominal ÜDM isə 2025-ci ildə 145,4 mlrd. manat, 2026-cı ildə 154,6 mlrd. manat, 2027-ci ildə 174,6 mlrd. manat, 2028-ci ildə 192,0 mlrd. manat, 2029-cu ildə isə 212,6 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.

Избранный
6
4
aznews.az

5Источники