RU

"Bu suala cavab verə bilmərəm" - Kadrovdan jurnalistə gözlənilməz reaksiya

Çeçenistan rəhbəri Ramzan Kadırov övladları ilə bağlı danışmaq istəmədiyini dilə gətirib.

Milli.Az xəbər verir ki, Kadırov RIA Novosti-yə verdiyi müsahibə zamanı övladlarının həyat yoldaşı seçimi ilə bağlı suala cavab verməkdən imtina edib.

Jurnalistin "övladlarınıza həyat yoldaşı seçimi ilə bağlı məsləhət verirsinizmi?" sualına Kadırov qısa şəkildə belə cavab verib:

"Bizim ənənələrdə bu cür suallara cavab vermək yoxdur. Ona görə də şərh etmirəm."

Xatırladaq ki, iyunun 27-də Kadırovun 17 yaşlı oğlunun ailə qurması xəbəri yayılmışdı. Gəlinin Çeçenistanın Axmat-Yurt kəndindən olan Medni adlı gənc xanım olduğu bildirilmişdi. İlk olaraq bu xəbəri onun bacısı Ayşat paylaşmışdı. Daha sonra Ramzan Kadırov özü də nikahı təsdiqləyərək, Rusiya prezidenti Vladimir Putinin şəxsən ailəni təbrik etdiyini açıqlamışdı.

Toy mərasimində çoxsaylı yüksək vəzifəli şəxslər iştirak ediblər.

Toydan sonra yayılan fotolarda Adam Kadırovun əlində dəyəri on minlərlə dollar olan, 320 brilyantla bəzədilmiş Jacob & Co. Billionaire Ashoka markalı saat diqqət çəkib. Başqa kadrlarda isə o, nadir istehsal olunan Mercedes-Benz G-Class Stronger Than The 1980s avtomobilinin sükanı arxasında silahla poz verib.

İsmayıl
Milli.Az

Избранный
19
1
milli.az

2Источники