RU

Səhər yeməyini atlamaq buna səbəb olurmuş - Mütəxəssis açıqladı

Səhər yeməyini atmaq ürək-damar xəstəlikləri riskini artırır

E-saglam.az xəbər verir ki, Piroqov Universitetinin Rusiya Gerontologiya Elmi-Kliniki Mərkəzinin ürək-damar qocalması laboratoriyasının rəhbəri, kardioloq Kseniya Yeruslanova xəbərdarlıq edib ki, səhər yeməyini buraxmaq ürək və damar sağlamlığına ciddi zərər vura bilər.

O bildirib ki, yeməklərin müntəzəm olaraq atlanması stress hormonu olan kortizolun səviyyəsini artırır. Bu hormon isə orqanizmdə iltihabı gücləndirir və aterosklerotik lövhələrin böyüməsini sürətləndirir. Nəticədə damar problemləri riski yüksəlir.

Dietoloq Larisa Qabdulxakova isə qeyd edib ki, oyandıqdan sonra mədə-bağırsaq fəaliyyətini işə salmaq üçün bir stəkan ilıq su içmək, daha sonra isə qidalandırıcı səhər yeməyi qəbul etmək faydalıdır. Onun sözlərinə görə, səhər yeməyi gündəlik kalori qəbulunun təxminən 25–30 faizini təşkil etməlidir.

Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin fakültə terapiyası kafedrasının professoru Alfred Boqdanov da əlavə edib ki, səhər yeməyinin buraxılması enerji çatışmazlığına səbəb olur. Sağlam səhər yeməyi isə maddələr mübadiləsini sürətləndirir və günün ilk yarısı üçün bədənin əsas enerji mənbəyidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
26
e-saglam.az

1Источники