RU

Qremmi mükafatlı bəstəkar faciəvi şəkildə öldü

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qremmi” mükafatı laureatı, bəstəkar Brett Ceyms təyyarə qəzasında ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.

Bildirilib ki, kiçik təyyarə məktəbin yaxınlığındakı əkin sahəsinə düşüb.

“Onu bəstəkarın özü idarə edib. Təyyarədə daha iki nəfər də olub, lakin onlar da sağ qala bilməyiblər.

Qəzanın səbəbi hələlik məlum deyil. Səlahiyyətlilər araşdırmaya başlanılacağını bildiriblər”, – deyə əlavə edilib.

Qeyd edək ki, amerikalı bəstəkar və prodüser Brett Ceyms 5 iyun 1968-ci ildə Oklahomada anadan olub.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
globalinfo.az

1Источники