RU

Dünya investorları Avazada: Beynəlxalq Forum işə başladı

Yazını böyüt
Yazını kiçilt

Türkmənistanın Balkan vilayətində yerləşən Avaza Milli Turizm Bölgəsində Beynəlxalq İnvestisiya Forumu (TIF2025) keçirilir. Tədbirin əsas məqsədi ölkə iqtisadiyyatına investisiya cəlb etməkdir.

Hafta.az-ın yazdığına görə, tədbir ölkədə sosial-iqtisadi inkişafın dəstəklənməsi və aktiv investisiya siyasətinin həyata keçirilməsi istiqamətində aparılan davamlı tədbirlər çərçivəsində təşkil olunur. Forumun məqsədi iqtisadi potensialın və investisiyaların səmərəliliyinin artırılması, iqtisadiyyatın ixrac potensialının genişləndirilməsi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Türkmənistan mətbuatının məlumatına görə, Forum 45-dən artıq ölkədən 800-dən çox nümayəndəni bir araya gətirir. Onların arasında yüksək vəzifəli dövlət məmurları, qlobal biznes liderləri, aparıcı beynəlxalq təşkilatların nümayəndələri var. İştirakçılara Türkmənistanda enerji, infrastruktur, logistika, maliyyə və innovasiya sahələrində investisiyaya hazır layihələr təqdim olunacaq.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov forum iştirakçıları qarşısında çıxış edib. Bildirib ki, bu beynəlxalq tədbir ölkənin sənaye potensialının artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş investisiyaların cəlb edilməsi, qlobal bazarlarda yüksək tələbat olan mallar üçün yeni istehsal müəssisələrinin yaradılması, mövcud müəssisələrin potensialının genişləndirilməsi üzrə prioritet proqramların həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident əmin olduğunu bildirib ki, Avazada keçirilən budəfəki tədbir regionların gələcək sənayeləşməsinə və sosial-iqtisadi inkişafına, sənayedə müasir texnologiyaların tətbiqinə, rəqəmsal iqtisadiyyatın fəal şəkildə təşviqinə və investisiyaların cəlb edilməsinə töhfə verəcək.

Избранный
19
hafta.az

1Источники