RU

Sinqapur 12-ci dəfə dünyanın ən təhlükəsiz ölkəsi seçilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Sinqapur 2006-cı ildən bəri 12-ci dəfə qlobal təhlükəsizlik reytinqinə başçılıq edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat sentyabrın 18-də “Gallup” İnstitutu tərəfindən dərc olunan Qlobal Təhlükəsizlik Hesabatında yer alıb.

Hesabatda deyilir ki, 2024-cü ildə Sinqapur sakinlərinin 98 faizi gecə vaxtı küçədə təkbaşına gəzərkən özlərini təhlükəsiz hiss edir. Bu göstərici “Gallup” İnstitutu tərəfindən dünyada qeydə alınmış ən yüksək səviyyələrdən biri hesab olunur. Sənəddə, həmçinin Sinqapurda ümumi təhlükəsizlik səviyyəsinin illər üzrə sabit qaldığı vurğulanır. Eyni zamanda, sorğunun nəticələri göstərib ki, ölkədə qadınlar və kişilər arasında təhlükəsizlik hissi səviyyəsi demək olar ki, eynidir. Belə ki, 2024-cü ildə kişilərin 98 faizi, qadınların isə 97 faizi özlərini təhlükəsiz hiss etdiklərini deyiblər.

Sinqapurda təhlükəsizlik aşağı cinayət səviyyəsi, hüquq-mühafizə orqanlarının effektiv fəaliyyəti və ictimai nizam-intizamın yüksək olması ilə izah edilir.

 

 

Избранный
14
2
azertag.az

3Источники