ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Rusiya hərbi rəhbərliyi Prezident Vladimir Putinin Ukrayna ilə müharibədə qələbəyə aparan yol kimi gördüyü “tükəndirmə nəzəriyyəsinə” sadiqliyini açıq şəkildə nümayiş etdirməyə davam edir.
APA xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir.
Ətraflı
Hesabatda qeyd olunur ki, Putin sentyabrın 18-də Ukrayna cəbhəsində 700 mindən çox Rusiya hərbçisinin olduğunu bildirib. Sentyabrın 17-də isə Rusiya silahlı qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ordunun “demək olar bütün cəbhələrdə” irəlilədiyini açıqlayıb.
ISW ekspertləri bu bəyanatların Putinin “qələbə nəzəriyyəsi” ilə uyğunluq təşkil etdiyini bildirirlər. Həmin nəzəriyyəyə görə, Rusiya uzunmüddətli müharibədə tədricən irəliləyərək Ukraynanı tükəndirmək və nəticədə qələbə qazanmaq imkanına malikdir.
Analitiklərin fikrincə, bu konsepsiya Rusiyanın Qərbin Ukraynaya verdiyi dəstəyə daha uzun müddət dözə biləcəyi və Ukrayna Müdafiə Qüvvələrinin müqavimət potensialını tükəndirə biləcəyi ehtimalına əsaslanır.
Hesabatda həmçinin xatırladılır ki, Rusiya Prezidentinin fikrinə görə, Rusiya ordusu say üstünlüyü və geniş resurslara malik olması sayəsində Ukrayna silahlı qüvvələrini zəiflədərək və tükəndirərək məğlub edə bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.