RU

Nazirlik təhsillə bağlı verilişə nümayəndə göndərmədi… “Tənqiddən qorxurlar” Dosent

Tribuna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kanalların birində MİQ imtahanlarının nəticələrini, ali pedaqoji təhsilin problemlərini müzakirə edirik. Verilişə Elm və Təhsil Nazirliyindən də qonaqlar dəvət edilmişdi. Lakin onlar verilişdə iştirakdan imtina etdilər.

Bu gün təhsilin kifayət qədər ciddi problemləri var. Nazirlik özü belə müzakirələr təşkil edib, mütəxəssislərləri dəvət edib, onlarla əməkdaşlıq etmək əvəzinə, dəvət edilən müzakirələrdən qaçırlar.

Tribunainfo.az xəbər verir ki, bu sözləri ali təhsil üzrə ekspert, dosent İlham Əhmədov bildirib. O qeyd edib ki, bu onların tənqiddən qorxduqlarını, təhsil problemlərinin müzakirəsinə hazır olmadıqlarını, bu problemlərin həllinə biganəliyini bir daha göstərir:

“Əslində belə müzakirələrin menecerlərə çox xeyri ola bilər. Menecerlərin maaş alaraq etmədiyi işi ekspertlər ictimai əsaslarla edir, amma onlar yenə də narazıdırlar. Görünür onlara iş yox, iş görüntüsü yaratmaq, hay-küy, reklam lazımdır. Amma bunların təhsilə faydası yoxdur.

Menecerlər belə xırda hisslərlə, millətin gələcəyi olan təhsili necə irəli apara bilərlər?

Nazir deyir: “Biz uşaq bağçası idarə etmirik”. Amma haqlı tənqiddən küsüb, verilişə əməkdaşlarını yollamır”.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
tribunainfo.az

2Источники